50 ildir bərbad halda olan Ucarın mərkəzi küçəsi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarın Şıxəli Qurbanov küçəsinin sakinləri 50 ildən çoxdur ki, yol problemindən əziyyət çəkirlər.
BAKU.TV xəbər verir ki, kiçikli-böyüklü, hər kəsin narazılığına səbəb olan küçə şəhərin mərkəzinə birbaşa çıxışı olan yoldur. Onlarla ailənin, o cümlədən şəhid ailəsinin dəfələrlə müraciətinə baxmayaraq, illərdir Şıxəli Qurbanov küçəsində bərbad vəziyyət hökm sürməkdə davam edir.
Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin Ucar şəhəri üzrə icra nümayəndəsi Abdulla İbrahimov bildirib ki, küçə gələn il əsaslı təmir olunacaq. 50 il gözləyən sakinlər bir il də səbir etməli olacaqlar.
Ətraflı süjeti təqdim edirik:
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...