SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Mir Mövsüm Ağa barədə sorğu keçirilib.

BAKU.WS-in məlumatına görə, paytaxt sakinlərinə "Mir Mövsüm Ağanı tanıyırsınız?" sualı ünvanlayıb. 

Bu suala insanların cavabı birmənalı olmayıb. Bəziləri ağanı tanıdığını və ziyarətgahına getdiyini söyləyib.

Paytaxt sakinləri arasında onu tanımayanlar da olub. 

Qeyd edək ki, Mir Mövsüm Ağa (azərb. Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə) – Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs olub. Mir Mövsüm Ağanın sümükləri az inkişaf etmişdi. Özü hərəkət edə, hətta düz otura bilmirdi. 

40 yaşına qədər Mir Mövsüm Ağa yeriyə və otura bilirdi. Amma kalsiumun çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

Video: AnTV
BAKU.WS