SİZİN REKLAM BURADA!
055 213 76 73



Ramazan ayının ikinci Qədr gecəsi – iyun ayının 26-dan 27-nə keçən gecə Mir Mövsüm Ağa ziyarətgahında biabırçı anlar yaşanıb.

BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, ziyarətə gələnlər arasında müğənni Mətanət Əsədovanın da olması gecədə qarmaqarışıqlıq yaradıb. Belə ki, ziyarətçi xanımlar müğənnini görər-gözməz onun yanına axışıb və şəkil çəkdirmək üçün növbəyə düzülüblər. 

Məlumata görə, ziyarətgahın içərisində yarım saat müddətində davam edən fotosessiya ciddi sıxlıq yaradıb. Bu isə digər ziyarətçilərin narazılığına səbəb olub.
 
BAKU.WS