SİZİN REKLAM BURADA!
055 213 76 73



"Euronews" telekanalının "Postcards" ("Açıqcalar") bölümündə Bakıdakı "Yaşıl bazar"la bağlı süjet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, süjetdə "Yaşıl bazar"ın müxtəlif ərzaq məhsullarının satıldığı məkan olduğu, həmçinin qurmanların burada istədikləri hər şeyi tapa biləcəkləri bildirilib.

Müəllif Sercio Kantone Qafqazın rənglərinin və ətirlərinin burada toplaşdığını, hər səhər ölkənin müxtəlif regionlarından "Yaşıl bazar"a təzə məhsulların gətirildiyini qeyd edib. Vurğulanıb ki, bazarda satılan dadlı, ekzotik, faydalı məhsullar arasında müxtəlif növ balıqlar, həmçinin əla növ pendir çeşidləri, plovun hazırlanmasında və ümumilikdə Azərbaycan mətbəxində istifadə olunan zəfəran əldə etmək mümkündür.

"Yaşıl bazar"ın sadəcə ticarət məntəqəsi olmadığını deyən müəllif qeyd edib ki, bura satıcılarla ünsiyyət, məhsulların ətir və rəngləri, Azərbaycanın ənənələri ilə daha yaxından tanışlığa imkan verir.

BAKU.WS