SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Ankara şəhərində hər kəsi şoka salan avtomobil qazası baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə gecə radələrində Çanakkaya bölgəsinin Keklik Pınarı məhəlləsində yaşanıb.

Kimliyi naməlum, sərxoş sürücü əvvəl binanın qarajına girib. Daha sonra idarəetməni itirib və dəmir baryerləri aşaraq qarşıdakı binanın 3-cü mərtəbəsinə çırpılıb.

Oradan isə bina boşluöuna düşüb.

Hadisə yerinə polis və axtarış-xilasetmə briqadası cəlb edilib. Yaralı sürücü təcili yardımla xəstəxanaya çatdırılıb. Onun avtomobilinin çırpıldığı mənzilin boş olduğu öyrənilib.

 Hadisə ilə bağlı raraşdırmalara başlanılıb. 

BAKU.WS