SİZİN REKLAM BURADA!
055 213 76 73


 
74 yaşlı irlandiyalı qadın görünüşü ilə hamını təəcübləndirib. 
 
BAKU.WS məlumat verir ki, qadının saç rəngindən tutmuş geyiminə, aksessuarlarına, evinin dizaynına kimi hər şey yaşıl rəngdədir. Elizabet Svithart bildirib ki, yaşıl rəngi çox sevir və bu ənənəni sonuna kimi davam etdirəcək:
 
"Özümü yaşıl rəngdə şahzadə kimi hiss edirəm. İstəyirəm ki, insanlar mənə yaşıl xanım desinlər". 
 
Qeyd edək ki, yaşıl rəng İrlandiyanı simvollarından biridir. Hətta hər il martın 17-də İrlandiyada qeyd olunan "St. Patrick's Day" bayramının simvolu da yaşıl rəngdir. İnsanlar bu bayramda yaşıl rəngə bürünürlər.  
 
BAKU.WS