VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Novruz bayramı ilə əlaqədar paytaxtın 7 ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyət göstərəcək. Məqsəd paytaxt əhalsinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınmasıdır. Yarmarkadakı qiymətlər bazar qiymətlərindən 20-30 faiz ucuz olacaq.

Novruz bayramı ilə əlaqədar ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti" satış-yarmarkaların təşkilinə start verib. Yarmarkalar paytaxtın müxtəlif ünvanlarında təşkil edilib.

Hər bir yarmarkaya rayonlardan 150 ton kənd təsərrüfatı və qida məhsulları gətirilib. Məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz satılacaq.

Yarmarkalar şənbə və bazar günləri keçiriləcək və mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

BAKU.WS