SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 24 ev söküləcək. Buna səbəb yolun genişləndirilməsidir. Bundan əlavə yolun kənarındakı bəzi obyektlərin qarşısındakı əlavələr də sökülüb və yolda ümumi abadlıq işləri görülür.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda ərazidəki bir çox obyektin qarşısındakı artırmalar sökülüb və burada səki salınacaq.

Yenidən qurma işləri çərçivəsində yolun kənarlarında yeni yaşıllıq sahələri salınacaq və ətraf abadalaşdırılacaq.

Yasamal rayonunun memarı Eyvaz Bağırovun sözlərinə görə, işlərin qısa zamanda yekunlaşdırılaması nəzərdə tutulur.

BAKU.WS