37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızla bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qızcığaz və kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.
Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb.
Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.
Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir necə müəyinədən keçiblər.
Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...