SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Yol Polisi istər yol hərəkəti, istər də sərnişindaşıma qaydalarının pozulması ilə bağlı profilaktik reydlərini davam etdirir. 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Goranboy rayonu ərazisində keçirilən reyd də bu qəbildən olub. Gəncə-Bakı magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində keçirilən reydlər əsasən sərnişindaşıma qaydalarına ciddi riayət olunması xarakteri daşıyıb. Reyd zamanı sərnişin daşıyan sürücülər tərəfindən texniki şərtlərin, sənədləşdirmə işinin və ümumi normativlərin pozulması ilə bağlı bir sıra neqativ hallar aşkarlanıb.

Onların içərisində müvafiq sənəd və ya lisenziya olmadan Bakı şəhərinə sərnişin daşıyan sürücülərə də rast gəlinib. Qayda pozuntusu ilə bağlı digər xarakterik hal uzaq məsafəyə sərnişin daşıyan kiçik qabaritli avtobusların sürücülərinin tibbi yoxlanışlardan keçməsində səhlənkarlıqla bağlı olub. Reys sürücüləri səfər qabağı hər gün tibbi yoxlamalardan keçməli olduqları halda, bu işə səhlənkar yanaşanlara da rast gəlinib.

Budəfəki reyd zamanı sözügedən qayda pozuntuları ilə bağlı 16 nəfər sürücüyə protokollar və müvafiq cərimələr tərtib olunub.

BAKU.WS