SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı reyd  keçirib.
 
APA-nın yerli bürosunun xəbərinə görə reyd zamanı avtomobillərə əlavə avadanlıq quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələri, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər, sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edilməsi faktları aşkarlanıb. Şəhərdə 8 saylı marşurut xətti üzrə hərəkət edən nəqliyyat vasitəsinin sürücülərinə ciddi xəbərdarlıq edilib və köhnə və sərnişindaşıma üçün yararsız hesab edilən avtobuslar xətdən kənarlaşdırılıb.
 
Mingəçevir ŞPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyər Bəşirli APA-ya bildirib ki, reyd zamanı 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı nəqliyyat vasitələri yoxlanılıb və 5 min manata yaxın cərimənin ödənilməsi təmin edilib. Eyni zamanda sərnişin daşımada buraxılan səhvlərə qarşı, nəqliyyat vasitələrinin sürücülərinin sərnişin daşıma qaydalarını pozmaları ilə bağlı reyd keçirilib. Həmin məsuliyyətsiz sürücülərə qarşı protokollar tərtib olunub, istismara yararsız vəziyyətdə olan 3 köhnə marşurut avtobusu xəttdən çıxarılaraq cərimə meydançasına aparılıb.
 
Sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən 6 sürücüyə barədə inzibati protokollar tərtib olunub. Bölmə rəisi bu kimi reydlərin davam etdiriləcəyini və yol hərəkəti qaydalarına əməl etməyən məsuliyyətsiz sürücülərə qarşı sərt qaydalar tətbiq olunacağını bildirib.
 
BAKU.WS