SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda azyaşlılara və yeniyetmələrə siqaret satan köşkü göstərəcəyik indi sizə. Görüntüləri "XəzərXəbər”in votsap nömrəsinə bir vətndaş çəkərək göndərib. Bu gün əməkdaşlarımız həmin köşkü taparaq məsələni araşdırıb.
Belində məktəbli çantası olan iki az yaşlı tütün məmulatları satılan köşkə yaxınlaşır.

Satıcı ilə biraz söhbət etdikdən sonra bir neçə siqaret paketi arasından özlərinə birini seçirlər. Satıcı isə onların yaşlarına məhəl qoymadan pulunu alıb siqareti satır.

Görüntülər paytaxtın Xətai rayonu Vunqtau küçəsində lentə alınıb. Görüntüləri "XəzərXəbər”in votsap nömrəsinə vətəndaşlardan biri çəkərək göndərib.

Sözügedən köşkü axtarıb tapdıq. Satıcı isə videodakı görüntülərlə razılaşmır.

Müxtəlif bəhanələr gətirən satıcı hətta görüntülərdəki ünvanın başqa yer olduğuna bizi inandırmağa çalışsa da, sonradan özü də görüntülərin orda çəkildiyini etiraf etdi.

Satıcı özü də zərərli vərdiş olan siqaretin azyaşlılara satılmasını pisləsə də, videodakı şəxsin başqa satıcı olduğunu deyərək boynundan atmağa çalışdı. İddia etdiyi siqaret paketi ölçüsündə saqqıza isə onun köşkündə rastlamadıq.

İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manata qədər cərimə gözləyir.

BAKU.WS