SİZİN REKLAM BURADA!
055 213 76 73



Minik avtomobillərindən biri hərəkət istiqamətinin əksinə gedir. Belə bir görüntü vətəndaşlar tərəfindən çəkilərək "XəzərXəbər”in votsap nömrəsinə göndərilib. Bu cür hərəkət edən sürücülər həm özlərini, həm də qarşıdan gələn avtomobildəki insanların həyatını təhlükə altında qoyurlar.

Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.

Hətta qayda pozuntusuna baxmayaraq yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının biri ilə hərəkətinə davam edir.

Görüntülər Bakı-Salyan yolunda mobil telefonla çəkilərək "XəzərXəbər"in votsap nömrəsinə göndərilib. Görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn avtomobildəki insanları necə təhlükəyə atdığı əks olunub.

Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.

Ekspert bildirir ki, yol hərəkət qaydalarını bu cür pozan şəxslər üçün qanunvericilikdə ayrıca maddə də var.

Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər.

BAKU.WS