Ötən gün yağan intensiv yağış paytaxt küçələrində xoşagəlməz görüntülərin ortaya çıxmasına səbəb olub.

BAKU.WS-in məlumatına görə, sürücülər su ilə dolan yollarda çətinliklə hərəkət edib. Xüsusilə, Binaqədi yolunda yağış sularının yaratdığı böyük gölməçələr sürücülərə paytaxt küçələrində əsl adrenalin yaşadıb.

Yollarda suyun səviyyəsinin artması hərəkətin məhdudlaşmasına gətirib çıxarıb. Xüsusilə, Bakı ətrafı ərazilərdə vəziyyət daha acınacaqlı olub.

BAKU.WS