"Baku Street Dogs Rescue" könüllüləri Bakıdakı küçə itlərini xilas edərək Amerikanın Nyu-York şəhərinə aparırlar.

 

BAKU.WS-in məlumatına görə, könüllülər Bakıdakı küçə itlərini xilas edərək onlara xarici ölkələrdə ailələr axtarır. Son iki ildə 350-dən çox küçə iti xaricdə özlərinə ailə tapıb. "Baku Street Dogs Rescue" könüllüsü Xəyal Sadiq deyir ki, əlimizdən gələni edirik ki, küçədəki sahibsiz itləri xaricə göndərək.

 

Onun sözlərinə görə, bu günə qədər Bakıdakı küçə itləri Kanada, Danimarka, Böyük Britaniya, Afrika və Nyu-Yorka aparılıb.

 

Tuncay

BAKU.WS