SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin istiqaməti dəyişdirilib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov deyib ki, aparılan təhlillərlə kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə hərəkət istiqamətində dəyişiklik edilib.

Amma bəzi sürücülər isə dəyişikliyi birmənalı qarşılamayıblar.

Sürücülərin dediyi kimi, ərazidə çəkiliş aparıdğımız zaman biz də şahidi olduq ki, yeni qoyulan nişanın tələbinə çox az sürücü məhəl qoyur.

Ömər Xıdırov deyib ki, nişanın tələbinə əməl etməyən sürücülər cərimə olunacaqlar.

Qeyd edək ki, adıçəkilən Mərkəzi tərəfindən paytaxtın bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə belə dəyişikliklər ediləcək.

BAKU.WS
VİDEO