2005-ci ilin görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq əlaqələrinin müzakirəsi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.
Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla dostluğun davam etməsi müzakirə olunur.
Amma sakinlər buna etiraz edir, qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu bildirir:
“Mən öz bildiyimi, gördüyümü deyirəm. Ağdamda mən avtomobil qəzasına düşmüşdüm. Bir azərbaycanlı maşınımı öz həyətində gizlətdi ki, yol polisi tutmasın.
Bu olub! Məgər bu, dostluq deyil? Bunu partiya əmr etmişdi?”
Bu zaman yanındakı erməni bunun dostluq deyil, sadəcə, zərərçəkənə kömək olduğunu deyir. Sakin isə öz sözünün üstündə duraraq həmin qonşusundan soruşur:
“Məgər düşmən düşmənə kömək edər?”
Oxşar xəbərlər
Prezident və birinci xanım Zabuxda görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olubla...