SİZİN REKLAM BURADA!
055 213 76 73


"Gələcəyə gedən yolda televiziyaların iki yeri ola bilər: birinci cəmiyyətin önündə, ikinci isə cəmiyyətin sonunda... Televiziya böyük  bir ideoloji mədəniyyət ocağıdır. Elə bil karvanın önündə gedən sarvanbaşıdır. O cəmiyyəti öz arxasınca aparır. Əslində belə də olmalıdır. Çünki cəmiyyət hamısı ziyalı, ali təhsilli, kamil insanlardan ibarət deyil. Gərək televiziya o toplumu özü ilə gələcəyə apara bilsin".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. "Yaxşıya doğru"  proqramına qonaq olan Vəziroğlu bildirib ki, bəzi televiziyalar reytinq xatirinə özünü bayağılaşdırır. Reytinq və gəlir xatirinə televiziyalardan alət kimi istifadə edirlər:

"Toplumu gələcəyə aparmaq bəzi televiziyalara sərf etmir. Sadəcə cəmiyyətin quyruğunda sürünmək istəyirlər. Çünki cəmiyyətin quyruğunda getmək daha asan, daha çox gəlir gətirən və daha çox tamaşaçı reytinqi toplayan bir məsələdir. Qalmaqallar, qeybətlər Sovet dövründə də olurdu. Sadəcə olaraq onları televiziyalara gətirmirdilər. Televiziyaları bu qalmaqalların hesabına reytinq qazanmaq üçün alət kimi istifadə etməməlidirlər".

Ətraflı videoda:

BAKU.WS
VİDEO