SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hazırda banklar krediti əsasən dollarla verdiyindən və üstəlik, dolların məzənnəsindəki mütəmadi yüksəliş bu valyuta ilə kreditə marağı azaldır. Bu vəziyyətdə təcili pula ehtiyacı olanlar sələmçilərə üz tuturlar. Sələmçilərin qoyduqları faiz isə xeyli yüksək olduğundan sonradan onun ödənişində problemlər yaranır. Halbuki, ölkəmizdə sələmçilik ilə məşğul olmaq qanunla qadağandır.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, sələmçiliklə məşğul olan şəxslər hətta cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.

Tahir Kərimli deyir ki, üstəlik sələmçidən alınan və geri qaytarılmayan pula görə sələmçi vətəndaşı məhkəməyə  verə bilməz.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS