SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinləri arasında xəstələrin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, səhhətində müəyyən problemlər yaranan Qarabağın erməni sakinləri təcili yardım maşını ilə adıçəkilən istiqamətdə sərhəd-buraxılış məntəqəmizdən maneəsiz, çox rahat şəkildə keçməklə Ermənistana yol alıblar.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

BAKU.WS
VİDEO