SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nigar Camalın Londonda BBC kanalına verdiyi müsahibəsi yayımlanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Nigar sosial şəbəkə hesabında video paylaşıb. 

Layihə qeyd edildiyi kimi Avroviziya-2023-ün Grand Finalından sonra yayımlanıb. İfaçı müsahibəsi zamanı yenidən o illərə qayıdaraq, yarışmada keçirdiyi hislərdən, qalibiyyətindən və Azərbaycanın uğuru barədə danışıb.

O, "Avroviziyanı qazanmaq necə bir hiss idi?", - sualına, "Bu mənim üçün böyük şok idi, təsəvvür edirsiniz? Siz peşəkar müğənni deyilsiniz və heç vaxt böyük səhnədə olmamısınız…", - cavabını verib. 

Nigar Camal son 26 ildə Birləşmiş Krallığın Avroviziya Mahnı Müsabiqəsində yeganə britaniyalı qalibi kimi prestijli kanala müsahibəyə dəvət alıb. 

Xatırladaq ki, 2011-ci ildə Azərbaycan tarix ərzində birinci dəfə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə Avropadan olan təmsilçiləri geridə qoydu və yarışmanı "Odlar Yurdu"na gətirdi. Nəticədə 2012-ci il ildə müsabiqəyə paytaxt Bakı ev sahibliyi etdi.

BAKU.WS
VİDEO