VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“İrəvana gedən azərbaycanlılara daha çox zülm olub. Hətta onları enli borulara doldurub yandırmışdılar”.

Bunu jurnalist Əsgər İbrahimov BAKU.TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası”ında ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən danışarkən deyib.

Qərbi Azərbaycandan qaçqın Ə.İbrahimov ailə üzvlərinin bir-birindən necə ayrı düşməsindən bəhs edib:

“Noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə apardı. Mərhum şəhid jurnalist Məhərrəmi və Azəri Gədəbəyə göndərdik. Böyük qardaşım Saxalində əsgərlikdə idi, onun haqqında xəbər yox idi. Bacılarımın hərəsi bir yerdə idi. Ailə pərən-pərən düşdü. Ata-anamız qalmışdı orada, heç bir məlumatımız yox idi”.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO