12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi şərtləri açıqlanıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi ''Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası''na əsasən avtomobillərin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə icazə verilir.

Avtomobillərin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə plyonka çəkilməsinə icazə verilir. Burada sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisnadir.

Qabaq alın şüşənin yuxarı hissəsinə isə hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Örtüklərin isə torşəkilli olmasına icazə verilir.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə isə icazə verilmir. Bu qaydaları pozan sürücülər inzibati qaydada 150 manat məbləğində cərimə olunacaqlar.

BAKU.WS [xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]
VİDEO