SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşa-Xankəndi yolunda aksiya keçirənlər üçün yeni çadırlar qurulur.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Daha ətraflı BAKU.TV-nin süjetində:

***19:53

Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası davam edir.

Gecə saatları olmasına baxmayaraq nümayəndə heyəti ərazidən uzaqlaşmayıb.

Qeyd edək ki, onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun gəlməsini gözləyirlər.

***17:59

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Report-un ərazidə olan əməkdaşı xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı fəallar və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.

Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı çadırlar istiliklə təmin edilib.

***15:04

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik:

***14:29

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Son məlumatlara görə, A.Volkov hadisə yerinə gəlmək üzrədir.

***12:50

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Xankəndi yolunda çadırlar qurublar. Onlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

***12.31

Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb.

Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib.

Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.

Həmin görüntüləri təqdim edirik:

***11:16

Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətlərin qanunsuz istismar olunmasına etiraz edirlər.

Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

***10.36

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

BAKU.WS
VİDEO

QALEREYA