İş axtarmaq istəyərkən işə düşdü - VİDEO

Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyib.
Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov “WhatsApp”da yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.
Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.
Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.
Mövzu ilə bağlı hüquqşünanslar bildiriblər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
