VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun ailəsi hadisə barəsində danışıb.

BAKU.WS astar yutub kanalına istinadən xəbər verir ki, Turanın ailəsi onun idmana olan həvəsi ilə bağlı 3 ay imiş ki, Yevlaxda yaşadıqları kənddən Mingəçevir şəhərinə köçərək burada kirayə qalmağa başlayıb. 

Mərhumun müəllimi isə hadisə baş verən zaman idman zalında, Turanla birgə olub:

"Turan 2 görüşdə qalib gəlib, oturub istirahət edir, 3-cü görüşə hazırlaşırdı. O, mənim arxamda əyləşmişmişdi. Arxaya çevrilib dedim ki, "Turan, 5 görüş qalıb, 1-2 qarşılaşmadan sonra dur bədənini qızışdır, hazırlaş". O, da mənə "baş üstə, oldu müəllim" dedi. Mən yenə çevrilib hakimlər tərəfdə öz yerimi aldım. 2-3 dəqiqə keçərdi, ya keçməzdi eşitdim ki, arxadan səs-küy gəlir. Aralarında baş verən hadisənin ilk başda nə olduğunu bilmədim, içəridə səs çox idi deyə mən gec xəbər tutdum. Arxaya çevriləndə 2 nəfərin bir-birini tutduğunu gördüm. Qətlə yetirənin arxası mənim tərəfə dönük idi. Bilmədik ki, mübahisə elədiyi Turandır. Bunu arxaya çəkmək istəyəndə Turanı qanlı vəziyyətdə gördüm". 

Qətlə yetirilən idmançının qohumu isə ərazidə tibbi personalın olmamasından, yaxınlıqdakı insanların məsələyə müdaxilə etməməsindən şikayətlənib. Hadisə baş verən cüdo klubunun məşqçisi bildirib ki, orada həkim olub, ancaq bıçaq yarası çox olduğundan həkim müdaxilə edə bilməyib:

"Anında Turanı çölə çıxardıb xəstəxanaya çatdırmaq istədik, alınmadı. Kompleksdəki həkim, ürəyi gedən olanda naşatır spirti iylədir, sınığa-çıxığa müdaxilə edir. Yarışlarda belə hadisələr olmur deyə, peşəkar həkimlər də olmur. Ətrafda hamı elə bilir ki, Turana yumruq vurur. Bir də aralanandan sonra qanı görəndə bildik ki, sən demə bıçaqlayırmış".

Qətlə yetirilən idmançının atası deyir ki, Turanın ürəyindən 2, başından 3-4 və boynunun arxasından bıçaq zərbələri vurulub. Hətta meyiti yuyanda da qanaxması dayanmırmış. 

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO