Yeni tikiləcək 9 metrostansiyanın ÜNVANLARI BİLİNDİ - NZS

"Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Bunlardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq".
BAKU.WS xəbər verir ki, bu barədə atv səhər-ə danışan Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək:
“Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda NZS adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur".
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...