Cəriməsi olanlara PİS XƏBƏR - Bundan sonra... VİDEO

Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək.
Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, yeniliyə səbəb vətəndaşları inzibati öhdəlikləri vaxtında yerinə yetirməyə təşviq etməkdir.
Həmçinin banklar bu yolla vətəndaşların davranışlarının qiymətləndirilməsi üçün dəqiqi məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb və dəyişiklik yeni ildən tətbiq ediləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
