SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda 40 yaşlı kişiyə ərə verildiyi iddia edilən 16 yaşlı qızın atası danışıb.

BAKU.TV-yə açıqlama verən qızın atası Rauf Orucov bildirib ki, xəstələri olduğu üçün nişan edib, toy olmayıb.

Qızın babası Zakir Orucov yeniyetmənin hazıda evdə olduğunu və vaxtı-vaxtında məktəbə getdiyini qeyd edib.

Yeniyetmənin nişanlandığı bəy Təbriz Cəfərovda mövzu ilə bağlı açıqlama verib:

“Mənim 40 yaşım yoxdur, 26 yaşım var. Anam ağır xəstə olduğu üçün məcbur nişan etməli olduq”.

Qaraağac kənd tam orta məktəbinin direktoru bildirilib ki, yeniyetmə ötən il ümumiyyətlə məktəbə gəlməyib. Doqquzuncu sinifdən 10-cu sinifə keçmək üçün imtahanlarda iştirak etməyən yeniyetmə avtomatik olaraq məktəbdən xaric edilib.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO