"Azərbaycan məhəlləsi"ndə açılış günü
Kahramanmaraşda Azərbaycan hökuməti və Türkiyənin mənzil agentliyinin (TOKİ) əməkdaşlığı ilə tikilən "Azərbaycan məhəlləsi"ndə mənzillərin açarları bu gün Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə sahiblərinə təhvil veriləcək.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, Azərbaycanın dəstəyi ilə ucaldılan binalar bölgənin fakturasına uyğun üfüqi arxitektura ilə tikilib.
Qeyd olunub ki, 2023-cü ilin fevralın 6-da baş verən zəlzələlərdən sonra Kahramanmaraşda ən çox itkilərin yaşandığı nöqtələrdən biri olan Heydər Əliyev küçəsi ilə Azərbaycan Bulvarının kəsişməsində tikilən "Azərbaycan Məhəlləsi"nin tikintisini Azərbaycan öz üzərinə götürüb.
Hazırda "Azərbaycan məhəlləsi"ndəki evlərin əksəriyyəti tamamlanıb. Ərzaidə 2778 blok tikilib. Ərdoğan və Əliyev 1109 evin və 766 iş yerinin açarlarını təhvil verdikdən sonra ilin sonuna kimi Azərbaycan məhəlləsindəki bütün tikililər yekunlaşacaq.
Qalereya
Oxşar xəbərlər
Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı
Hər addımbaşı cəmiyyətdə və sosial şəbəkələrdə "narsist" sözünə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən və daim diqqət gözləyən hər kəsi asanlıq...