Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

- çimərlikdə ailə üzvləri istisna olmaqla insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə isə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək!

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- küləkli havada dənizə girmək!

- çimərlikdə gecələmək!

- sərxoş halda çimərlikdə olmaq!

- suda kobud hərəkətlər etmək!

- çimərlikdə balıq tutmaq!

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

BAKU.WS
VİDEO