SİZİN REKLAM BURADA!
055 213 76 73


Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən binanın fasadından qopub düşən daş parçaları vətəndaşlardan birinin kondisionerini yararsız hala salıb, çanaq anteni isə tamamilə qırılıb.

Başqa bir daş parçası da dünəndən bu günə kimi antenlərdən birinin dəmirinə ilişərək qalıb. Növbəti bənzər hadisənin baş verməsi isə an məsələsidir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sovet dövründə fəaliyyət göstərmiş Bakı Şin Zavodunun 4 nömrəli yataqxana binası 1982-ci ildən istifadəyə verilib. O zamandan bəri binada heç bir təmir-bərpa işləri aparılmayıb.

Orada məskunlaşmış 144 ailə problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib, amma nəticəsi olmayıb.

Bina hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.

Birliyin rəisi Emin Talıbov bildirib ki, problemdən xəbərdardırlar və binaya baxış keçiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov isə şifahi olaraq bildirib ki, sözügedən bina artıq istismar müddətini başa vurub və hazırda kəskin qəzalı vəziyyətdədir. Sakinlər yalnız Nazirlər Kabinetinin qərarı ilə oradan tam olaraq köçürülə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS
VİDEO