"WhatsApp"dan XƏBƏRDARLIQ! - Bunu etməyənlərdə zənglər və mesajlar dayandırılacaq - VİDEO

WhatsAppdan XƏBƏRDARLIQ! - Bunu etməyənlərdə zənglər və mesajlar dayandırılacaq - VİDEO
Video
Video 3640

Kifayət qədər istifadəçisi olan "WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yenilənən istifadəçi müqaviləsini qəbul etməyənlər üçün zənglər və mesajlar daxil olmaqla müəyyən funksiyalar tədricən məhdudlaşdırılmağa başlanır.

Yeni qaydalara əsasən, xidmət "Facebook" sosial şəbəkəsi ilə məlumat mübadiləsi edəcək. Bəzi vətəndaşlar yeni qaydalarla razılaşmırlar.

Bir neçə həftə məhdud funksionallıqdan sonra bır sıra limitlər tətbiq olunacaq.

Ekspert Rəşad Əliyev bildirib ki, yanvarda "WhatsApp" fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi müqaviləsinə əlavə bənd daxil edərək yeniləyib.

İstifadəçilər yeniləmələri "əlverişli tempdə" oxuyub qəbul edə bilsinlər deyə, şirkət istifadəçi müqaviləsinin tətbiqini fevralın 8-dən mayın 15-dək təxirə salıb.

Oxşar xəbərlər

"WhatsApp" bu istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

"WhatsApp" bu istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq. BAKU.WS Trend-ə istinadən xəbər v...

585 Sosial 22:42 20 fevral 2021

Son xəbərlər