Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi dəfn edilib - VİDEO

Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.
BAKU.WS xəbər verir ki, Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.
Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
