VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Emin Ağalarov ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olan qalmaqallı siyasətçi Donald Trampa dəstək olub.
 
BAKU.WS məlumat verir ki, müğənni Instagram hesabında Trampla fotosunu paylaşıb. Sənətçi Donald Trampın məğlubedilməz olduğunu bildirib:
 
"O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin edib. İnanılmaz xəbərdir".
 
Qeyd edək ki, Donald Trampla Ağalarovların əməkdaşlığı və dostluğu Moskvada ilk dəfə təşkil edilən "Miss Kainat” müsabiqəsindən başlayıb. İndiki prezidentliyə namizəd Eminin kliplərindən birində də yer alıb.
 
Ayşən Ayxan
BAKU.WS