SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtomobil çox, alıcı isə azdır. Paytaxtın avtomobil bazarı bir illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, maşın bazarında son illərdə ilk dəfə belə qələbəlik müşahidə edilib.

Sanki hər kəs bazarın açılmasını gözləyirmiş. Ötən il bazarda Almaniya istehsalı avtomobillər çox olsa da, bu il Amerika və Koreya avtomobilləri üstünlük təşkil edir. Bu avtomobillər ekonomik olduğu üçün bu günün tələbatıdır. Alıcıdan çox avtomobil var.

Alıcılar qiymətlərin bahalaşdığını söyləyirlər. Satıcılar isə tək şəxsiyyət vəsiqəsi ilə avtomobil kreditə verir. Bu kreditlərin faizi çox olsa da tələbat var. 

BAKU.WS
VİDEO