SOCAR 20 Yanvar qətliamının 31-ci ildönümü ilə bağlı paylaşım etdi - VİDEO

1990-cı ilin Qanlı 20 Yanvar faciəsindən 31 il keçir.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) videoçarx paylaşıb.
Paylaşımda deyilir:
“Həmin gecə Vətənin azadlığı üçün canından keçərək şəhidlik zirvəsinə ucalan vətənpərvər Azərbaycan oğul və qızlarının ruhu qarşısında baş əyir, onların əziz xatirəsini qürur və ehtiramla yad edirik. 31 il ərzində Şəhidlər xiyabanı xalqımızın and yerinə çevrildi. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Yanvar şəhidlərinin ruhu bu gün daha rahatdır. Müzəffər Azərbaycan Ordusu işğal altında olan Qarabağ torpaqlarını erməni qəsbkarlarından azad edib şərəfli tariximizin Zəfər səhifəsini yazdı.
Azərbaycan neftçiləri müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün oğul və qızlarımızın xatirəsini hər zaman böyük ehtiramla yad edəcək. Allah rəhmət etsin!”
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
