SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Radio Pakistan” dövlət agentliyinin məlumatına görə, bu sözləri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi İslamabadda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

Dövlət başçısı Dağlıq Qarabağın azad edilməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. O, Pakistanın Azərbaycanla ortaq inanc və mədəni əlaqələrə söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb, ikitərəfli əmtəə dövriyyəsinin artırılması, həmçinin mədəni və ticari əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri öz növbəsində hər iki ölkənin ticarət və mədəni əməkdaşlığı genişləndirmək üçün böyük potensiala sahib olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. O, ölkəsinin bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini bildirib.

BAKU.WS