SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə terrorunda gözlərini itirən iki uşaq anası Pərvin Qasımovanın görüntüləri hər kəsi duyğulandırıb. 

BAKU.WS xəbər verir ki, Türkiyənin "TV 100" kanalı gənc qadının müalicə olunduğu xəstəxanaya yollanıb. 

Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlardan biri də Pərvindir. Pərvin Nüsrəddin qızı Qasımovanın (19.03.1994) cəmi 26 yaşı var.

Gəncə terrorundan sonra onun üçün həyat qaranlıq, zülmət olub. Pərvin 5 aylıq və 3 yaşlı iki qız uşağının anasıdır.  

Pərvinin həyat yoldaşı Tural Qasımov bir an belə olsun xəstəxanada onu tək qoymayıb. Turalın həyat yoldaşı ilə söhbəti hər kəsi duyğulandırıb. 

Pərvin başına gələnləri belə nəql edir: "Partlayış səsi eşitmədim. Oyandım ki, torpağın, dağıntıların altındayam. Ağzım torpaqla dolu idi. Anam "kömək edin" deyə bağırırdı. Erməni işğalçıları əsgərlərlə döyüşsünlər. Sivillərə belə zülm verməsinlər".  

BAKU.WS
VİDEO