"Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub olub
30
iyn
2026
21:31
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib. "Zirə"nin heyətində Yeqor Boqomolski dubl edib, digər qolu Elçin Əlicanov vurub.
Xatırladaq ki, "Zirə" qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib
"Borussiya Dortmund" klubu Azərbaycanda məşq üçün şərait yaratdığına görə "Qarabağ"a təşəkkür edib. BAKU.WS xəbər verir ki, Dortmund təmsilçisi bu barədə sosial...