“Zəngəzur” minifutbol komandası Avropa Kubokuna qələbə ilə başlayıb
13
sen
2023
18:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
“Report”un məlumatına görə, A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” klubunu üstələyib.
Qarşılaşma “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...