Zaur Axundov: "Araz-Naxçıvan"ın Azərbaycanı ilk dəfə Avropada təmsil etməsi qürurvericidir
Yeniliklərdən dərhal xəbərdar olun
Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurvericidir.
Bu barədə "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov deyib.
"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Qeyd edim ki, artıq gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Avroliqada daha uğurlu çıxış eləsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq", - federasiya rəhbəri bildirib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...