Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi tarix bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan kikboksçusu Zabit Səmədovun idmançı karyerasını bitirəcəyi vaxt bilinib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu, sentyabrın 10-da olacaq.
“Mauqli” ləqəbli Səmədov məhz həmin gün Milli Gimnastika Arenasında vida döyüşünü keçirəcək. Yaxın günlərdə arena bu döyüş gecəsinin biletlərini satışa çıxaracaq.
Qeyd edək ki, Zabit Səmədov 2020-ci il aprelin 11-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində britaniyalı kikboksçu “Çəkic” ləqəbli Ceyms Maksvini ilə döyüşüb karyerasını bitirməli idi.
Lakin həmin vaxt ölkədə pandemiya elan olunduğundan, döyüş təxirə salınmışdı.
Oxşar xəbərlər
Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR
Qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş "Mauqli" ləqəbli idmançı Zabit Səmədovun peşəkar idman məktəbinin açılışı baş tutub. BAKU.WS xəbər verir...