Yuri Vernidub Kurban Berdıyevlə əl sıxmasına görə tənqid edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub Azərbaycan çempionatının 23-cü turunda "Turan Tovuz" komandasının çalışdırıcısı Kurban Berdiyev ilə oyundan sonra əl sıxmasına görə mediada yaranan tənqidlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Vernidub qeyd edib ki, mətbuatda yazılanlara əhəmiyyət vermir:
"Media nə yazırsa yazsın, mənim üçün fərqi yoxdur. Berdıyevin neçə pasportu olduğunu bilmirəm. Bildiyim qədərilə o, türkməndir. Bir şeyi deyə bilərəm ki, Ukrayna ilə Rusiya arasında münaqişənin ilk günündə necə idimsə, indi də eləyəm".
O əlavə edib ki, onu tənqid edənlər əvvəlcə son dörd ildə özlərinin nə etdiyini açıqlasınlar:
"Mənim 60 yaşım var. İstədikləri qədər təxribat etsinlər. Mən futboldayam və işimi görməyə davam edirəm".
Qeyd edək ki, martın 9-da keçirilən oyunda "Turan Tovuz" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Kurban Berdıyev daha əvvəl də Rusiyanın Premyer Liqa klublarında məşqçi kimi çalışıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...