"Yunayted" azarkeşləri "Fənərbağça" ilə matçdan öncə dava saldı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasında bu axşam keçiriləcək "Fənərbağça" - "Mançester Yunayted" matçı öncəsi Beyoğluda iki komandanın azarkeşləri arasında dava düşüb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb "Qırmızı Şeytanlar"a dəstək üçün İstanbula gələn ingilis azarkeşlərin "Fənərbağça" əleyhinə şüarlar səsləndirməsi olun.
"Sarı-göylü" azarkeşlərin bu şüarlara cavab verməsi ilə dava düşüb.
Polislərim müdaxiləsi ilə davanın qaşısı alınıb.
Xarırladaq ki, Şükrü Saraçoğlu stadionunda saat 23:00-da başlayacaq qarşılaşmanı Fransa Futbol Federasiyasından Klement Turpin idarə edəcək.
Turpinin köməkçiləri Nikolas Danos və Benjamin Peyks olacaq. Dördüncü hakim funksiyasını Ceremi Stinat yerinə yetirəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...