Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükafatçılar sırasına düşüb.
Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.
Akif Məmmədli (73 kq), Polad Həsənli (81 kq), Amin Mehdiyev (81 kq), Ömər Axundov (90 kq), Nurəddin Əliyev (90 kq), Hüseyn Hüseynov (+90 kq), Tamerlan Əliyev (+90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıblar.
Xatırladaq ki, ilk gündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal qazanıblar.
Oxşar xəbərlər
"Neftçi" Premyer Liqanın XXVI turunda "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib. BAKU.WS xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanı...