Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"

Yenilməz çempion Elbəy Alışov: UFC-dən təklif gəlsə, qərarım hazırdır
Video
İdman 27

"Rasim Adilovla döyüşüm çox çətin olub. O döyüşdə üç dəfə az qala yuxuya gedirdim. Boğurdu. Haradasa 40-50 dəfə zərbə vurdu. O da bir ay qabaq yuxuda görmüşdüm ki, belə situasiya olacaq. Artyom Yemelyanovla da döyüşdə elə olmuşdu. Gözlərimdən yaş axırdı. Ayağımı sındırırdı... Hər iki döyüşdə Allahla danışırdım. Deyirdim, "Ay Allah, sönməyim, sönməyim".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a videomüsahibəsində "ONE Championship"in yeni çempionu Elbəy Alışov deyib.

11 peşəkar döyüş keçirən və bütün görüşlərdən qalib ayrılan azərbaycanlı MMA döyüşçüsü son qarşılaşmasında Enx-Orgil Baatarkhuunu (Monqolustan) məğlub edərək çempionluq kəmərinə sahib çıxıb.

Videomüsahibədə Elbəy Alışov çempionluq döyüşündən, nokautla qələbəsindən və 11:0-lıq məğlubiyyətsiz rekordundan danışıb.

Azərbaycanlı döyüşçü ilə söhbət zamanı onun UFC-yə keçid ehtimalına da toxunulub. Alışov UFC-dən təklif alacağı təqdirdə necə qərar verəcəyindən və karyerasında qarşısına qoyduğu böyük hədəflərdən danışıb.

Müsahibədə, həmçinin Alışovun çempionluğa gedən yolu, döyüşçü kimi keçdiyi çətinliklər, Azərbaycanda MMA-nın inkişafı və gələcək planları barədə maraqlı fikirlər səsləndirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər