Yamal 2024/2025 mövsümündə bütün kubokları qazanmaq istədiyini söyləyib
"Barselona"nın futbolçusu Lamine Yamal cari mövsümün sonuna qədər bütün kubokları qazanmaq istədiyini bildirib.
BAKU.WS xəbər verir ki, gənc ispaniyalı "Katalonlar"ın baş məşqçisi Hans Flikdən də danışıb.
"Doğrudur, Hansi tamamilə fərqli oyun tərzi olan fərqli bir məşqçidir. Biz onun tələblərinə uyğunlaşmağa çalışdıq və düşünürəm ki, buna nail olduq. Bu il biz İspaniya Superkubokundan başlayaraq bütün kubokları qazanmaq üçün əlimizdən gələni edəcəyik", - "Football España" Yamalın sözlərindən sitat gətirir.
Qeyd edək ki, bu mövsüm Yamal bütün turnirlərdə 21 matçda iştirak edib, o, altı qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Yamalın bazar dəyəri 180 milyon avrodur.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında "Neftçi" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasının X turunda "Neftçi" qələbə qazanıb. A qrupunda baş tutan matçda "ağ-qaralar" "Abşeron" kollektivinə 84:76 hesabı ilə qalib gəliblə...