Xviçadan Gürcüstanda keçirilən etiraz aksiyalarına MÜNASİBƏT
Gürcüstanlı futbolçu, İtaliyanın "Napoli" klubunun cinah hücumçusu Xviça Kvaratsxeliya Gürcüstanda baş verən kütləvi iğtişaşlar və etiraz aksiyaları fonunda öz vətəndaş mövqeyini ifadə edib.
BAKU.WS xəbər verir ki, tanınmış futbolçu Gürcüstanın Avropaya inteqrasiyasının tərəfdarı olduğunu vurğulayıb:
"Ölkəmizdə baş verən hadisələri izləyirəm və bir vətəndaş kimi fikrimi bildirmək istəyirəm. Gürcü xalqının Avropa yolunda irəliləmək istəyi və iradəsi bizim tarixi seçimimizdir, yeganə düzgün seçimdir və bu yoldan geri dönmək olmaz. Bu ölkə xalqa məxsusdur və heç kim xalqın iradəsindən üstün deyil.
Siz ölkənizə zərər verirsiniz, xalqınıza ağrı yaşadırsınız, bu videoların necə geniş yayıldığını izləmək mənim üçün çox ağrılı və emosionaldır. Zorakılığı və təcavüzü dayandırın! Gürcüstan bu gün heç vaxt olmadığı kimi Avropanı haqq edir!"
Oxşar xəbərlər
"Şamaxı" Azərbaycanın U-21 millisinə qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib. BAKU.WS report-a istinadən xəbə...