Xviça ilk maaşını Azərbaycan millisində oynamış atasının əməliyyatına xərcləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Xviça Kvaratsxeliya "Lokomotiv"dəki ilk maaşını atasının əməliyyatı üçün xərcləyib.
BAKU.WS-in məlumatına görə, bunu "The Athletic"ə açıqlamasında futbolçunun atası, vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Badri Kvaratsxeliya bildirib.
"Xviçanın 18 yaşı yeni tamam olmuşdu. Moskvaya köçmüşdük, çətin dövr idi. Elə bu zaman məlum oldu ki, səhhətimdə ciddi problem var. Ürəyimdə təcili əməliyyata ehtiyac var idi.
Pulumuz o qədər də yox idi. Xviça maaşını alan kimi dərhal onu bizə göndərdi. O, heç tərəddüd belə etmədi. Nəticədə əməliyyat baş tutdu" – deyə Badri qeyd edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...